Əlaqə Arxiv
news Image
2013.09.03
12:01
| A A A
Seyid Yəhya Bakuvi ilə bağlı böyük toplantı keçiriləcək

"Seyid Yəhya Bakuvi ilə bağlı böyük toplantı keçirəcəyik". Bu sözləri Apa-ya verdiyi müsahibədə Türkiyənin milli təhsil naziri Nabi Avcı deyib.

"Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək üçün yaxın gələcəkdə hansı işləri görməyi planlaşdırırsınız?" - sualına nazir belə cavab verib: "Azərbaycan Təhsil Nazirliyi ilə birlikdə bu il Seyid Yəhya Şirvani (Bakuvi) ilə bağlı böyük toplantı keçirməyi planlaşdırmışıq. Bilirsiniz ki, UNESCO 2013-cü ili "Seyid Yəhya Şirvani ili" elan edib. Mən Azərbaycana getdim, təhsil nazirinizlə görüşdüm. Seyid Yəhya Şirvani Azərbaycan və Türkiyə üçün çox önəmli şəxsiyyətdir. UNESCO-nun qərarından da istifadə edərək biz onunla bağlı  toplantını yüksək səviyyədə keçirmək istəyirik. Azərbaycanda 9 oktyabrda seçki olacağına görə, toplantı seçkidən sonra keçiriləcək. Digər tərəfdən, Əskişəhər 2013-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilib. Orada keçirəcəyimiz başqa bir toplantıda da iki qardaş ölkə arasında təhsil sahəsindəki əlaqələrin  daha da inkişaf etdirilməsi yollarını ətraflı müzakirə edəcəyik. Azərbaycan mətbuatının o toplantılara yaxından diqqət göstərməsini istəyirik, sizləri də Əskişəhərdə görməyi arzulayırıq".

Sizin Reklam Yeriniz