Əlaqə Arxiv
news Image
2013.09.05
18:19
| A A A
Seriallarda qeyri-peşəkar aktyorların sayı artır
Toğrul Məmmədov: «Aktyor olmayanı rejissorlar seriala çəkə bilməzlər»

Ülviyyə Könül: "Bizdə peşəkar aktyorlar o qədər çox deyil ki, bugünkü serialların tələbatını tam mükəmməl şəkildə ödəyə bilsin"

Ölkədə çəkilən seriallarda professional aktyorların sayının az olması danılmaz həqiqətdir. Bu fonda isə qeyri-peşəkar aktyorların sayının seriallarda artamsı müşahidə olunur. Təbii ki, bu da serialların keyfiyyət səviyyəsinə müsbət heç vəd etmir. Mövqe.aza-a açıqlaamsında məsələyə münasibət bildirən Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov qeyd edir: "Aktyor olmayanı rejissorlar seriala çəkə bilməzlər. Serial məsuliyyət tələb edir. Bu, asan iş deyil. Qeyri-peşəkarları seriala çəkənlər varsa, bu onların problemidir. Biz maddi vəsaiti televiziya kanallarına ayırırırq. Televiziya kanalları da prodakşnlarla müqavilə bağlayırlar. Həmin rejissorlar özləri peşəkarlara müraciət etməlidirlər ki, serialları uğurlu alınsın. Serialın uğurlu alınması isə elə onların öz uğuru və adı ilə bağlıdır".

Rejissor Ülviyyə Könül isə məsələyə belə münasibət bildirir: " Bizdə peşəkar aktyorlar o qədər çox deyil ki, bugünkü serialların tələbatını tam mükəmməl şəkildə ödəyə bilsin. Ona görə də qismən bu peşəyə yaxın olan insanları (model, müğənni və b.) rejissorlar məcbur olub çəkir. Hər kəs mədəniyyət və İncəsənət Universitetini oxumur axı. 6-7 serial eyni zamanda efirə gedirsə, rejissor da özünə lazım olan obrazda aktyoru tapmaqda çətinlik çəkir. Mən özüm "Sirr" serialını çəkəndə şəxsən yalnız peşəkarlarla işləmişəm. Təkcə 12 yaşlı uşaq obrazında öz qohumumu çəkdim, vəssalam. Mənim heç bir qohumum-tanışım o seriala çəkilmədi. Əksəriyyət xalq və əməkdar artistlər idi. Həm bu məsələlər prodüsserdən də aslıdır. Prodüsser nə qədər yaxşı maliyyə ayırsa, film üçün o qədər də uğurlu iş alınar və yalnız peşəkarlar çəkilər. İndiki serialları vaxtım olmadığı üçün izləyə bilmirəm. Ancaq ola bilər, bəzi rejissorlar qənaət xətrinə, təki aktyora pul verməsin deyə, küçədən və ya ordan-burdan kimlərisə və ya öz qohum-tanışlarını çəkirlər. Heç kimin adından danışa bilmərəm. Bu cür neqativ hallar aktyor peşəsinə yiyələnmək istəyənlərə mənfi təsir bağışlayır. Gənc görür ki, aktyor olmayanlar da seriala, filmə çəkilir. Düşünür ki, onsuz da təhsil almasam da, məni çəkəcəklər. Bu baxımdan razıyam ki, rejissorlarım bu addımı gəncləri təhsildən, bu sənətə həvəsdən yayındırır. Əslində, doğrudur, hər peşənin öz sahibi var. Uğurlu serial çəkmək üçün peşəkarlarla çalışmaq lazımdır. Ancaq uyğun obraz tapılmayanda nadir hallarda digər peşə sahiblərinə müraciət etmək olar. Ancaq onların sayı serialda  peşəkar aktyor və aktrisaların sayını keçməməlidir" 

Sizin Reklam Yeriniz