Əlaqə Arxiv
news Image
2012.11.14
12:03
| A A A
Arxivi 17 milyon dollara satıldı

Movqe.az xəbər verir ki, ABŞ-ın məşhur rəssamı, film prodüseri Andy Varholun əsərləri 17 milyon dollara satılıb.

Christies Hərrac Evi, internet saytındakı açıqlamasında ən baha qiymətə satılan əsərin 1,2 milyon dollar olduğu bildirilib. 

Bu, "Endangered Species: San Francisco Silverspot (Nəsli tükənməkdə olan canlılar: San Francisco Gümüş Xallı

kəpənək)" adlı rəsmidir. 

Christies Varholun Jacqueline Kennedyi təsvir edən kolajının isə 626 min dollara satıldığı deyilib. Hərrac Evi səlahiyyətliləri kolleksiyaçıların xüsusilə Varholun fotoşəkillərinə və dərc olunan əsərlərinə maraq göstərdiyini qeyd edib. 

12 min dollar dəyərində hərraca qoyulan Varholun avtoportreti isə 50 min dollara satılıb. Hərracda əldə edilən gəlir Andy Varhol Vizual Sənətlər Vəqfinə veriləcək.

Sizin Reklam Yeriniz