“Qanlı Yanvar” filminin respublika üzrə nümayişinə başlanılır
Rejissor Vahid Mustafayevin ekranlaşdırdığı "Qanlı Yanvar" filminin məktəb və universitetlərdə nümayişinə başlanılıb. Movqe.az ans press-ə istinadən xəbər verir ki, film 20 Yanvar faciəsinin 26-cı ildönümünə kimi bir sıra ali və orta təhsil müəssisələrində də təqdim ediləcək. Filmin ilk nümayişi Nizami rayonundakı 12 nömrəli tam orta məktəbdə baş tutacaq.Qeyd edək ki, kinorejissor Vahid Mustafayevin "Qanlı yanvar" filmi Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edir.Film Azərbaycanı bir çox beynəlxalq film festivallarda təmsil edib, müxtəlif mükafatlara və diplomlara layiq görülüb."Qanlı Yanvar" filmi Hindistanda, 46-cı Beynəlxalq "Qao" film festivalında tamaşaçı rəğbəti qazanaraq 3-cü yeri tutub.