Bu günlərdə Bakıda Şuşa Musiqi Kollecində Avropa bəstəkarlarının həyat və yaradıcılığına həsr olunmuş mühazirə-konsert keçirildi. Movqe.Az xəbər portalının məlumatına görə, Şuşa Musiqi Kollecinin müəllimi Tural Məmmədlinin təşkil etdiyi mühazirə-konsert maraqlı məqamları ilə yaddaqalan olub. Belə ki, mühazirə-konsertin proqramıan əsasən çıxış edən T.Məmmədlinin tələbələri Avropa bəstəkarlarının həyat və yaradıcılığının ictimiayyətə məlum olmayan gizli məqamlarını açıqladılar. Bundan başqa, T.Məmmədlinin 6 yaşlı tələbəsi Əli Həmzəyevin bəstəkar Fikrət Əmirovun "Səni araram" mahnısını ifa etməsi oldu ki, bu da tamaşaçıların marağına səbəb oldu.
T.Məmmədli Movqe.Az-a təşkil etdiyi konsert haqqında danışdı. O, tələbələrinin hazırlıq prosesini izah etdi: "Mühazirə-konsertdə Avropa bəstəkarlarının həm yaradıcılığı, həm də həyatı boyu başlarına gələn ən maraqlı faktları tələbələrim çıxışlarında açıqladılar. Tədbirə 2 ay əvvəl hazırlaşmağa başalamışıq. Tələbələrimə artistizm baxımdan nəzarət edirdim və nitq mədəniyyətindən dərs keçirdim. Bütün bu prosesi də tələbələrimə həvalə etmişdim ki, onların öz istəyinə görə olsun. Düşünürəm ki, hər şey əla oldu və uğurlu alındı. Gözlədiyimdən artıq maraq var idi".
Müəllim onu da qeyd etdi ki, bəstəkarlar haqqında əldə etdiyi faktları müəllimi Nazim Mirişlinin söylədiklərindən və oxuduğu dünya musiqi ədəbiyyatəından qaynaqlanıb: "Mühazirə-konsertdə açıqlanan faktlar demək olar ki, heç bir dərsliklərdə yoxdur. Hətta, internet saytlarında belə, həmin məlumatları əldə etmək çətindir. Mən həmin faktları müəllimim Nazim Mirişlinin söylədiklərinə və dünyaşöhrətli bəstəkarların şəxsi gündəliklərinə əsasən əldə etmişəm. Bəstəkarların şəxsi gündəliklərini isə mütailə etdiyim kitablardan öyrənmişəm", - T.Məmmədli dedi.
Qeyd edək ki, tədbirdə T.Məmmədlinin ailə üzvləri-atası məşhur gitara ifaçısı Rəhman Məmmədli, o cümlədən, Şuşa Musiqi Kollecinin direktor müavini Telman Hümbətov, kollecin şöbə müdiri Sənubər xanım, konservatoriyanın müəllimləri və xüsusən, yüksək dərəcəli pedaqoq İmina Əliyeva, 3 saylı musiqi məktəbinin direktoru Ramiz Məmmədov, beynəlxalq müsabiqələrin birinci dərəcəli laureatı, piano ifaçısı Fəqan Həsənli və rəsmi qonaqlar iştirak edirdilər.
Məlumat üçün bildirək ki, T.Məmmədli 10 ilə yaxın Azərbaycan Dövlət Radio və Televiziyasının uşaq verilişlərinin aparıcısı olub və 2001-ci ildə də "İlin ən yaxşı aparıcısı" adına layıq görülüb. O, Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsini qırmızı diplom ilə bitirib. Müəllimi məşhur bəstəkar Ramiz Mirişlinin oğlu Nazim Mirişli olub. Hazırda isə 23 yaşlı bəstəkar Şuşa Musiqi Kollecində dünya musiqi ədəbiyyatı fənnindən dərs deyir.
Fuad Mədətov
Movqe.Az