Əlaqə Arxiv
news Image
2021.04.20
09:44
| A A A
STAR NEZ 600 milyon dollara yaxın dəyəri olan investisiyaları 2022-ci ildə başa çatdıracaq - "SOCAR Türkiyə" (müsahibə)

SOCAR-Türkiyə Emal və Neft-Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov Trend-ə müsahibəsi

STAR neft emalı zavodu bu il dünyanın ilk neft emalı zavodu olaraq Dünya İqtisadi Forumunun "Global Lighthouse Network" şəbəkəsinə qatıldı. Bu uğuru reallaşdıran amillər nələrdir?

SOCAR-Türkiyə Emal və Neft-Kimya İş Birliyi"nin nəzdəndə fəaliyyət göstərən STAR neft emalı zavodu (NEZ) sahib olduğu rəqəmsal texnologiyaların yaratdığı dəyər sayəsində bu yaxında Dünya İqtisadi Forumunun dünyanın ən mütərəqqi texnologiyalarına sahib olan müəssisələrin yer aldığı "Global Lighthouse Network" şəbəkəsinə seçildi.

Bu şəbəkə dünyadakı innovativ və rəqəmsal tətbiqlər standartı baxımından şirkətlər arasında müqayisə aparması və Sənaye 4.0 texnologiyalarına ən yaxşı tətbiq edən şirkətlərdən ibarət olması ilə əlaqədar çox nüfuzlu və vacib platformadır. Bu platformada dünyanın fərqli ölkələrindən nümunə göstərilən 69 şirkətdən ikisi "SOCAR Türkiyə"nin "Petkim" və STAR NEZ-i oldu.

2017-ci ilin sonlarında "Petkim"də ciddi şəkildə rəqəmsallaşma işlərinə başladıq. Bu baxımdan 2020-ci ildə qlobal şəbəkəyə ilk olaraq "Petkim"lə qoşulma qürurunu yaşadıq. Rəqəmsallaşma yolunda əldə etdiyimiz təcrübə, inteqrasiyadan sonra STAR NEZ-in əməliyyalara başladığı ilk gündən bizim işimizi daha da sürətləndirdi. "Gələcəyin fabrikləri"nin yer aldığı "Global Lighthouse Network" şəbəkəsinə seçilən ilk emal zavodu olan STAR eyni zamanda 2021-ci Türkiyədən bu şəbəkəyə daxil olan yeganə şirkət olub. STAR NEZ-in bu mükafatı alan ilk emal zavodu olması rəqəmsallaşma mövzusunda dünyaya nümunə olacaq rəqəmsal prosesə malik olmasının göstəricisidir.

Təsis olunduğu müddətdən etibarən STAR NEZ-in mütərəqqi avadanlığa sahib olması üçün həyata keçirdiyimiz 70 milyon dollarlıq investisiya zavodumuzu bu səviyyəyə çatdıran mühüm addım oldu. Zavoddakı avadanlığının iş prosesinin rəqəmsal izlənməsi, müəssisənin rəqəmsal nüsxəsinin hazırlanması kimi sahələri əhatə edən və vacib əhəmiyyət daşıyan bu investisiyalar sayəsində STAR NEZ-in motorin və reaktiv yanacaq istehsalında illik təxminən 10 faiz artım təmin olunub. Zavodda yanacaq kimi istifadə olunan təbii qaz istehlakı 2020-ci ildə əvvəlki illə müqayisədə 6 faiz azaldılıb, karbon buraxılışında 178 min tonluq azalma, su istifadəsində 406 min tonluq qənaət təmin olunub. STAR NEZ-də 2020-ci il ərzində reallaşdırılan bütün rəqəmsal layihələr nəticəsində yaradılan dəyər 35 milyon dollar təşkil edib.

STAR NEZ-də bu il hansı rəqəmsallaşma layihələri reallaşdırılacaq? STAR NEZ 4.0 sənaye inqilabı ilə necə ayaqlaşır?

STAR NEZ-in işə salınma və tam istehsal gücünə çatması prosesində çox vacib addımlar atılıb. Texnologiyanın gücü, Sənaye 4.0 prinsipləri və ən yaxşı sektor tətbiqlərini rəhbər tutaraq rəqəmsallaşmaya istiqamət verən vacib layihələri həyata keçirdik və bunu davam etdirəcəyik.

Bu baxımdan STAR NEZ-ə bağlı planlaşdırdığımız rəqəmsallaşma ilə birgə "yüksək keyfiyyətli məhsul", "yüksək məhsuldarlıq", "ətraf mühitə ən az təsir", "çevik istehsal qabiliyyəti" kimi proqramlarımız da davam edir. Artıq bütün iş proseslərinin rəqəmsal sistemlərlə inteqrasiya olunduğu bir zamandan söhbət gedir.

Bütün bunlarla yanaşı optimallaşdırma və proqnozlaşdırma bacarıqlarımızı inkişaf etdirərək müəssisələrimizin məhsuldarlığını, istehsal olunan iş həcmini, enerji məhsuldarlığını və məhsul keyfiyyətini artırmaq məqsədi daşıyan analitik layihələr həyata keçirmişik və keçirməkdə davam edəcəyik. Bunun sayəsində qərarlar verilərkən məlumata əsaslanan fəaliyyət, dəyərləndirə bilmədiyimiz milyonlarla opsiyanı dəyərləndirə bilmə bacarığı ilə daha düzgün və və sürətli qərar vermə və ya proqnoz vermə imkanlarımız artır və bu da, məhsuldarlıq göstəricilərində özünü göstərir.

Əməliyyat layihələri ilə yanaşı maliyyə, satınalma, insan resurslar kimi departamentlərin də iş prosesində məhsuldarlıq və optimallaşdırma təmin etdik. Bu optimallaşdırmaların hər il maliyyə yekunlarımıza müsbət təsir etdiyini görürük.

Bu günə qədər həyata keçirdiyimiz rəqəmsallaşma layihələri sayəsində gələcəkdə təxminən 43 milyon dollar maddi dəyər əldə edəcəyimizi deyə bilərəm. Bu addımlarımızın bizə qazandırdığı çeviklik bizə bazarda rəqabətdə vacib üstünlük verir.

İşçilərimizin iş yükünü azaladaraq, strateji işlərə daha çox diqqət ayırmalarını təmin etmək üçün Robot Proses Avtomatlaşması (RPA) adlandırdığımız rəqəmsal assistentləri işə salmışıq. Bu rəqəmsal assistentlər müxtəlif proseslərdə adi fəaliyyətləri, yüksək həcmli işləri bizim yerimizə görməyə başlayıb.

Pandemiya dövründə xüsusilə əməliyyat məlumatlarına, etibarlı məlumat toplama mexanizmləri ilə məsafədən iş ön plana çıxıb. Beləliklə, texniki heyət iş sahələrini uzaqdan izləməklə lazımi addımları reallaşdıra bilir. Eyni zamanda, düzgün qərar vermə mexanizmləri ilə bu məlumatların təhlil edilməsi pandemiya fonunda istehsal əməliyyatlarının davamlılığı baxımından vacib əhəmiyyət daşıyır. Hələ pandemiyadan əvvəl başlatdığımız rəqəmsallaşma proqramının vacib mərhələlərindən biri analitik tətbiqlərlə məlumatları qeydə alaraq alqoritmlərin də dəstəyi ilə qərar mexanizmlərini gücləndirmək və bunu tamamilə proqramların öhdəsinə buraxmaqdır. Bu tətbiqlər vasitəsilə uzun illər öyrənilmiş bilikləri və qərar vermə proseslərini inkişaf etdirmək imkanımız yarandı. Beləliklə, pandemiya kimi çətin müddətdə əməkdaşlarımıza dəstək olacaq infrastrukturun əsasını qoyduq.

Yekunda uzun müddətdir ki, texnologiya və rəqəmsallaşma proseslərində qoyduğumuz investisiyalar sayəsində pandemiya müddətində dəyişən tələbləri çevik şəkildə qarşılaya bildiyimizi deyə bilərəm. Bu cür gələcək proseslərdə də rəqəmsallaşmanı inkişaf etdirəcəyik.

COVID-19 peyvəndlərinin yaratdığı ümidlə bazardakı canlanma ilıə bağlı STAR NEZ üçün bu il istehsal baxımından necə başladı?

2020-ci ildə pandemiyanın təsiri ilə dünyada bəzi emal zavodları işlərini dayandırıb, bəziləri isə istehsal gücünü azaldıb. 2018-ci ilin oktyabrında açılışı olmuş və "Petkim"lə inteqrasiya olunmuş şəkildə fəaliyyətini davam etdirən STAR NEZ bu müddətdə rekord istehsal göstəricilərinə nail olub. Bu müddətdə "Petkim"in əsas xammalı olan naftanın tədarükünün təmin olunması ilə yanaşı, daxili bazarda reallaşdırdığımız satışlarla Türkiyənin büdcə kəsirinin azalmasına mühüm töhfə verdik. STAR NEZ-də sahib olduğumuz mütərəqqi texnologiya, "Petkim"ə inteqrasiya olunma, rəqəmsallaşma üçün əlverişli olan modelimiz, optimallaşdırma prosesləri nəticəsində bu fövqəladə müddəti uğurla idarə edə bildik. Pandemiya ilə əlaqədar tələbatı azalan reaktiv yanacaq istehsal gücünü motorin istehsalına dəyişib fasiləsiz istehsala davam edə bildik. Xüsusilə 2020-ci ilin ikinci yarısından aylıq 100 faizi ötən istehsal gücü ilə illik xam neft emal gücümüzü 10,5 milyon tona çatdırdıq.

2020-ci ilin dördüncü rübündə bazarlarda gözlənilən canlanma vaksinasiya ilə birgə bu ilin əvvlində də yaşanır. Yerli bazarın ən böyük tədarükçülərindən olan STAR NEZ bu ilin birinci rübündə tam gücü ilə işini davam etdirir. Əvvəl də açıqladığımız kimi pandemiya ilə əlaqədar həm yerli, həm də beynəlxalq uçuşlara tətbiq olunan məhdudiyyətlərlə nəticəsində reaktiv yanacağa tələb azaldığı üçün 1,6 milyon tonluq reaktiv yanacaq istehsal gücünü sürətli şəkildə motorin istehsalına çevirdik. Uçuşlarda ciddi fəallıq başlayacağı təqdirdə bu gücümüzü yenidən reaktiv yanacaq istehsalına çevirmək üçün son prosesləri diqqətlə izlədiyimizi də deyə bilərəm.

STAR NEZ-in hazırkı karbon emissiyası hansı səviyyədədir və bunu azaltmaq üçün hansı tədbirlər görülür?

Neft sektorunda etibarlı, ətraf mühitə həssas, innovativ şirkət olmaq missiyası ilə fəaliyyət göstərən STAR NEZ rəqəmsal emal müəssisəsi olma yolunda bir çox yeni layihəyə imza atıb. Bunlardan biri də SAP S/4 HANA və IRIS sistemləri adını verdiyimiz layihələrdir. SAP S/4 HANA sistemi STAR NEZin əməliyyat ehtiyaclarına uyğun satınalma, planlaşdırma, istehsal, satış, texniki baxış, maliyyə prosesləri ilə birliktə emal müəssisələri üçün hazırlanmış IS-OIL modulunu əhatə edir. Bu baxımdan STAR NEZ üçün hazırlanan SAP sistemi Avropada S/4 HANA platformasında çalışan ilk "greenfield" emal sistemidir. Əvvəlki illərdə STAR NEZ-in SAP S/4 HANA IS-OIL layihəsi 50-dən çox ölkədən 3 mindən çox layihənin iştirak etdiyi SAP S-KOM toplantısında nümunəvi layihə seçilmişdi.

Müəssisəmizdə yanacaq kimi istifadə olunan təbii qaz istehlakı 2020-ci ildə əvvəlki illə müqayisədə 6 faiz azalıb, karbon emissiyasında 178 min tonluq azalma, su istifadəsində 406 min tonluq qənaət təmin olunub.

"Petkim" və STAR NEZ-i inteqrasiya etmək üçün hansı işlər görülür?

STAR NEZ-in təsis olunma səbəblərindən biri "Petkim"in nafta ehtiyacının qarşılanması idi. "SOCAR Türkiyə"nin emal-neft-kimya inteqrasiyası strategiyası çərçivəsində reallaşdırdığı STAR NEZ İzmirin Əliağa bölgəsində "Petkim"lə eyni ərazidə yer alır. "Petkim" ehtiyac duyduğu naftanı iki müəssisə arasındakı boru xətti vasitəsilə davamlı olaraq və yüksək keyfiyyətdə almaqda davam edir. İki müəssisənin bir-birinə inteqrasiyasının vacibliyini pandemiya müddətində bir daha gördük. Pandemiya ilə əlaqədar qlobal tədarük zəncirində yaşanan ləngimələrlə əlaqədar bir çox neft-kimya müəssisələri xammal qıtlığı ilə üzləşsə də "Petkim" heç bir problem yaşamadan ehtiyacı olduğu naftanı STAR NEZ-dən tədarükünü davam etdirib. Bununla da qrupumuz Türkiyənin etibarlı tədarükçüsü olduğunu bir daha təsdiqləmiş oldu.

STAR NEZ-in saxlama gücünün genişləndirilməsi hansı mərhələdədir?

STAR NEZ-in saxlama gücü və əməliyyat çevikliyinin artırılması ilə bağlı investisiyalarımız ötən il başlayıb və bu gün də davam etməkdədir. Bu baxımdan təxminən 45 milyon dollarlıq investisiya büdcəsinə malik olan "Emal müəssisəsinin çevikliyi, işlədilməsi və səmərəliliyinin təkmilləşdirilməsi layihəsi"ni (IFOP) işə salmışıq. Bu layihə ilə birlikdə ümumilikdə 600 milyon dollara yaxın investisiya dəyəri olan və əksəriyyəti əlavə saxlama gücü ilə bağlı yeni investisiyalarımız da 2022-ci ildə başa çatdırmağı planlaşdırırıq.

Sizin Reklam Yeriniz