Mövqe.az xəbər verir ki, Şənbə günü Ankarada TÜRKSOY Əhməd Cavadın 120-ci ildönümü münasibətilə geniştərkibli tədbir təşkil edib. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanov bildirib.
Tədbirdə Səfirliyimizin əməkdaşları, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Naziri Ərtoğrul Günay başda olmaqla Nazirliyin yüksək vəzifəli rəsmiləri, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, Azərbaycan Yazıçılar İttifaqının Sədri Anar Rzayev, Əhməd Сavadın nəvəsi Anar Axundzadə, çox sayda elm və incəsənət xadimləri, ictimaiyyət və diaspor nümayəndələri və KİV nümayəndələri iştirak etmişlər.
Tədbir, Əhməd Cavadın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlamışdır.
Daha sonra Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən geniş sənədli film nümayiş etdirilmişdir.
Tədbir Azərbaycanın dövlət sənətçisi Azərinin Əhməd Cavadın şerlərini səsləndirməsi və mahnılar ifa etməsi ilə davam etmişdir.
Nuranə Novruzova