Uşaqlarda infeksiya qoxu vasitəsiylə müəyyən ediləcək
Həkimlərin müəyyən etdiklərinə görə, körpə
uşaqlarda sidiyin qoxusu tünd olduğu halda, onun xəstə olduğu
müəyyən edilir.
Həkimlər onuda qeyd edirlər ki, qız övladları olan valideyinlər daha çox ehtiyatlı olmalıdırlar. Əgər valideyin belə halla üzləşirsə, onlar dərhal həkimə müraciət etməlidirlər. Qeyd edək ki, bu açılış nəyin ki, valideyinlərə, həmçinində pediatrlarada kömək edəcək.
Bu tədqiqatı alimlər bir aydan üç yaşınadək olan, 331 uşaq arasında aparıblar. Valideyinlərə uşaqlarının səhhəti barədə müəyyən suallar verilib.
Tədqiqatda iştirak etmiş uşaqların 51 faizində infeksiya tapılmışdır. Bu uşaqların həqiqətəndə sidiklərinin iylərində tündləşmə qeydə alınıb.
Bu səbəbdən də, həkimlər valideyinləri diqqətli olmağa çağırır.
Türkan Nadirqızı