Əlaqə Arxiv
news Image
2012.04.22
12:50
| A A A
Sabiq nazir həyəcan təbili çalır
Son iki ildə 11 min Ermənistan vətəndaşı Qərbi Avropa dövlətlərindən sığınacaq istəyib

BMT-nin Qaçqınlarla İş üzrə Agentliyinin hesabatına görə, son iki ildə 11 min Ermənistan vətəndaşı Qərbi Avropa dövlətlərindən sığınacaq istəyib. İl ərzində təkcə Fransada sığınacaq alan ermənilərin sayı 2010-cu illə müqayisədə iki dəfə artıb.

Fransa ilə yanaşı, Avstriya, Almaniya, Polşa Kanadaya sığınacaq üçün üz tutanların sayı nəzərə çarpacaq dərəcədə azalıb. 2007-ci ildə 300 şəxs Ermənistan hökumətinə bu ölkədə sığınacaq üçün müraciət etmişdisə, bu rəqəm 2011-ci ildə 70-ə enib.

"Əgər ölkədə hökm sürən sosial-iqtisadi vəziyyət mənəvi-psixoloji mühit yaxın vaxtlarda dəyişməzsə, müraciət davam edəcək, Ermənistan əhalisi gələcəyə inamını itirdiyinə ədalətsizlikdən yorulduğuna görə ölkəni tərk edir".

Bu barədə "Çiçəklənən Ermənistan" partiyasının VI qurultayında çıxışı zamanı Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan bildirib.

"Mayda keçiriləcək parlament seçkiləri Ermənistan üçün taleyüklü olacaq. Belə ki, ölkə qarşısında dayanan iki problem - iqtisadi vəziyyət Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır" – V.Oskanyan deyib.

Keçmiş XİN rəhbəri bildirib ki, vəziyyəti dəyişdirmək üçün Konstitusiyanı dəyişmək ya yeni qanunlar yazmaq deyil.

"Bunun əvəzinə siyasi iradə göstərmək mövcud qanunları Konstitusiyanı həyata keçirmək lazımdır. Demokratiyanın əsas prinsiplərinə riayət etmək uğurun ölkənin inkişafının yeganə yoludur".

Sizin Reklam Yeriniz