Azərbaycan Respublikasının ərazisində xüsusi karantin
rejiminin müddətinin uzadılması barədə
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1
nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi
yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin
görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində
yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması
məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin
rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılsın.
2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr
tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bəndin mətnində “30 sentyabr saat 00:00-dək”
sözləri “2 noyabr saat 06:00-dək” sözləri ilə əvəz edilsin;
2.2. 1.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.2.5. 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat
06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək,
17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr
2
saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat
00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.”.