COVID-19 pandemiyası əleyhinə mübarizə tədbirləri istiqamətində vətəndaşların peyvəndləməsi davam etdirilir. Tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə ölkənin iri ticarət mərkəzlərində də səyyar briqadalar fəaliyyət göstərir. Park Bulvar Alış-veriş Mərkəzində TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqəsi təşkil edilib. Vaksinasiyada iştirak etmək istəyən hər bir şəxs AVM-nin 2-ci mərtəbəsində yerləşən peyvənd otağına yaxınlaşa bilər. Vətəndaşlar, həmçinin müvafiq saytda onlayn qeydiyyatdan keçərək də vaksinasiyada iştirak edə bilərlər. Park Bulvar Alış-veriş Mərkəzində peyvənd olunmaq üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçib 1 saylı şəhər poliklinikasını qeyd etmək lazımdır. Səyyar vaksinasiyada Çin istehsalı olan "Sinovac" peyvəndindən istifadə olunur. AVM-də fəaliyyət göstərən briqadanın həkimlərinin bildirdiyinə görə, vaksinasiya prosesi normal keçir və burada peyvənd olunan şəxslərdən heç bir şikayət daxil olmayıb.