O, İstanbuldakı "Şekerleme ve Şekerli Mamulleri Tanıtım Grubu"nun reklam kampaniyasının "sima"sıdır.
Movqe.az AHT-ə istindən bildirir ki, aktyor qrupun Şimali Afrika və
Yaxın Şərqdəki reklam kampaniyası üçün çəkilişlərə qatılıb.
Kampaniyanın sloqanı "Şirin yeyək, şirin danışaq!"dır və bu
sözləri Necati Şaşmaz deyəcək.
Qrupun baş menecerlərinin dediklərinə görə, Şimali Afrika və Yaxın
Şərqdə "Kurtlar Vadisi Pusu" serialının fenomenal populyarlığını
nəzərə alsaq, Şaşmazın reklamı türk şirniyyatının bu regionda satış
həcmlərini 2 milyard dollardan artıq səviyyəyə çatdıra bilər.
"İstanbul Hububat Bakliyat Yağlı Tohumlar ve Mamulleri
İhracatçıları Birliği ile Şekerleme ve Şekerli Mamuller Tanıtım
Grubu"nun sədri Zekeriya Metenin dediyinə görə, reklam
kampaniyasının təqdimatı çərçivəsində Necati Şaşmaz Liviyada
olacaq.
"Liviyada sərgimiz olacaq. Yerli hakimiyyət orqanları Necati
Şaşmazın çox populyar olduğunu deyərək, aktyorun sərgidə
iştirakının izdiham yaradacığını deyirlər. Bu səbəbdən də Tripoli
şəhərində ayrıca mərasim keçirəcəyik", - Mete deyib.