Tünzalə Ağayeva 10 kq arıqlayıb belə oldu... (FOTOLAR)
Əməkdar artist Tünzalə Ağayeva son vaxtlar arıqlaması ilə bağlı yayılan söz-söhbətlərə son qoyub.
Mövqe.az-ın məlumatına görə, sənətçi
plastik əməliyyat etdirməsi ilə bağlı xəbərlərin yalan olduğunu
deyib.
Müğənni bu haqda sosial şəbəkədəki səhifəsində yazıb:
"Son günlər mənə ən çox verilən sual "necə arıqlamısan?"dır. Hətta çoxları plastik əməliyyat etdirdiyimi düşünür. Bu, əsla belə deyil. Sağlam qida məsləhətçisi, eyni zamanda gözəl yazıçı, rəfiqəm Mələk Xəlilin seanslarının nəticəsində 5 ay müddətində 10 kiloqram arıqladım. Mələk xanım həyatıma sağlam qidalanma düşüncəsini gətirdi. İndi gündəlik qidaya baxışım dəyişib. Bu qayda məni ömür boyu formada saxlayacaq, sağlam edəcək"