Əlaqə Arxiv
news Image
2013.05.01
16:34
| A A A
Azərbaycanda radiasiya təhlükəsinin mövcud olduğu yerlər məlum oldu
Elmixan Cəfərov: «Lokal yerlər var ki, onlar müxtəlif radioaktiv elementlərlə çirkləniblər» Adil Qəribov: «Bəzi neftçıxarma ərazilərində radiasiyanın təbii fonundan yüksək olması qeydə alınıb»

Ölkə ərazisində radiasiya təhlükəsizliyinə müntəzəm nəzarətin mövcudluğu daim aktuallağını qoruyan məsələlərdən biridir. Çünki indiki və gələcək nəsillərin sağlamlığının ionlaşdırıcı şüalanmaların zərərli təsirindən qorunması üçün radiasiya təhlükəsizliyi daim nəzarətdə saxlanmalı, mütəmadi monitorinqlər aparılmalıdır. Azərbaycan ərazilərinin müəyyən hissələrində isə təbii kosmik şüalanmaların və təbii radionuklidlərlə bağlıolaraq radiasiya şüalanması mövcuddur.

Məsələyə münasibət bildirən Ekologiya və təbii Sərvətlər Nazirliyinin radiasiya üzrə eksperti Elmixan Cəfərov Mövqe.az-a açıqlamasında bunları qeyd edib: "Güclü radiasiya bizim ölkə üçün xarakterik deyil. Bizdə güclü radiasiya mənbələri, nüvə sialhlarımız, nüvə silahlarının sınaqlarının keçirilməsi üçün poliqonumuz, atom elektrik stansiyamız yoxdur. Bizdə sadəcə lokal çirklənmə zonaları var. Lokal, yəni çox kiçik yerlər var ki, onlar müxtəlif radioaktiv elementlərlə çirkləniblər. Bu da neft çıxarılması ilə əlaqədardır. Neft çıxarılanda onu müşayiət edən buruq suları da olur. Buruq sualarının da tərkibində təbii radioaktiv elementlər (uran, torium, radium) olur. Əsasən bəzi quyuların ətrafında bu çirklənmə müşahidə olunur. Son illər Binəqədi, Suraxanı ərazilərində olan neft quyuları ətrafında çirklənmə zonaları daha çox müşahidə olunub. Həmin yerlərdə sanitar məsələlərə əməl olunmayıb, buruq sularından gölməçələr əmələ gəlib və həmin gölməçələrin hövzəsində təbii radiasiya fonunu 3-4 dəfə keçən yerlər var. Bizim missiyamız həmin lokal çirklənmə olan məkanları aşkar etmək və həmin yerlərdə tədqiqat işlərinin aparılmasıdır. Ərazini çirkləndirən radioaktiv elementlərin kəmiyyət və keyfiyyət tərkibini müəyyən etməkdir. Həmin vasitələrin bitkiyə keçə bilməsini və ya bitkinin hansı hissəsinin zədə görməsini öyrənirik. Mənim rəhbərlik etdiyim laborotoriya bu işlərlə məşğuldur. Tez-tez beynəlxalq konfranslarda, elmi işlərdə bu barədə məlumatlar veririk".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov da Mövqe.az-a açıqlamasında maraqlı fikirlər səsləndirib : "Azərbaycan Respublikası ərazisinində radiasiya bölümünün tədqiqi üzrə biz işlər aparırıq. Bunlar yalnız elmi xarakter daşıyır. Naxçıvan Muxtar Respublikası, Qusar, Zaqatala, İmişli rayonları ərazilərində son dəfə tədqiqatlar apardıq. Bu ərazilərdə təbii fondan artıq radiasiya mərkəzləri aşkar etməmişik.

Bundan əlavə İmişli rayonunda torpaq qatında radio-elementlərin (kalium, radium, uran) paylanması araşdırılmışdır. Bu cür işlər bizdə sistematik olaraq bütün rayonlarda aparılacaqdır. Tədqiqatlar zamanı İmişli rayonunda çox aşağı həddə radioaktiv elementlərin olması təyin olunub. Həmçinin onu da qeyd edim ki, bizim universitetdə çirklənmiş ərazilərdə radioaktiv maddələrin təmizlənməsi haqqında layihə hazırlanır. Uran və radium izotoplarının çirklənmiş lay sularından təmizlənməsi üçün təzə sarbentlər işlənilir. 2013-cü ildə təcrübi sınaq qurğusunun hazırlanmasını və istifadəsini nəzərdə tuturuq.

Son tədqiqat apardığımız yerlərdə həyat üçün təhlükəli radiasiya yerləri aşkar olunmasa da, bəzi neftçıxarma ərazilərində radiasiyanın təbii fonundan yüksək olması qeydə alınmışdır. Radium izotoplarının parçalanmasından alınan radon qazı radioaktiv qazdır. Bunun tədqiqatı bu gün də aparılır. Çünki bu mühüm faktordur. Bizdə neft-qaz çıxarılması geniş yayılıb. Ona görə hesab edirəm ki, yaxın zamanlarda geniş sürətdə tədqiqat işləri aparılmalıdır. Bizim universitet həmin tədqiqatlar üçün lazım olan avadanlığı əldə edib. Düşünürəm ki, bu il Abşeron yarımadasında radon qazının ümumi həcmi barədə məlumat əldə ediləcək".


Sizin Reklam Yeriniz