Əlaqə Arxiv
news Image
2013.05.03
17:05
| A A A
O, Röya Ayxan üçün ölümə də hazırdır - FOTO
Estrada ulduzu fanat sevgisindən danışdı. Milli.Az xəbər verir ki, tanınmış estrada ulduzu Röya Ayxan paytaxtda verdiyi sonuncu konsertində bir fanatını yüzlərlə sevəninin içindən seçdi.

Jurnalistlərin köməyi ilə kumirinə yaxın olan gənc oğlanın adı Turaldır. 19 yaşı olan fanat illərdir Röyaya pərəstiş edir: "Onun üçün ölümə də gedərəm. Yetər ki, günü xoş, uğurları bol olsun. Canımdan da artıq onu sevirəm. Allah-Təala onu biz sevənlərinə çox görməsin".

Pərəstişkarının xoş sözlərinə qulaq asan R.Ayxan hədiyyəsiz də qalmadı. Tural Röyanın illərdən bəri topladığı fotolarından ibarət 3 albomu sevimli ulduzuna bağışladı.

Röya da fanat sevgisindən danışıb, onlara təşəkkür etməyi unutmadı: "Əsas odur ki, saf sevgilərini hiss edirəm. Nə qədər vaxt azlığından şikayətlənsəm də, çalışıram hər dəfə səhnə çıxışımdan sonra sevənlərimə vaxt ayırıb, ən azı ürək sözlərinə qulaq asım.

Rəbbim onları valideynlərinə çox görməsin. Yaxşı ki, yanımdadırlar. Pərəstişkarlarımın dualarını hiss edirəm. Bu, mənə yeni-yeni uğurlara imza atmaq üçün yetərincə stimul verir".


Sizin Reklam Yeriniz