Azərbaycanda toya gəlməyən 80 nəfər məhkəməyə verildi
Azərbaycanlı toyuna gəlməyən 80 nəfəri məhkəməyə verib.
O, məclisə gəlməyən 80 nəfərin toyuna vaxtilə yazdırdığı pulları geri tələb edir.
Rayonlardan birində məhkəməyə olduqca maraqlı iddia ərizəsi daxil olub. Vətəndaş övladının toyuna dəvət etdiyi, ancaq toya gəlməyən 80 nəfəri məhkəməyə verib. Bunu vəkil Anar Qasımlı sosial şəbəkədəki statusunda yazıb.
Vəkil məlumatı etibarlı mənbədən aldığını bildirərək həmin vətəndaşın artıq iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini yazıb. İddia ərizəsinə görə, toya çağırdığı 80 nəfər məclisdə iştirak etməsə də, məhkəməyə müraciət edən şəxs əvvəllər onların toy məclislərinə gedib. İndi o, məclisə gəlməyən 80 nəfərin toyuna vaxtilə yazdırdığı pulları geri tələb edir.