Özcan Dənizin avtomobilinin şüşəsi qırılıb, tablet kompüteri, fotoaparat, günəş gözlüyü və şapkasının içində olduğu çantası oğurlanıb. Movqe.Az türk mediasına istinadən bildirir ki, müğənni Özcan Dəniz, babası İhsan Aksoy və nənəsi Fadile Aksoyun məzarlarını ziyarət etməyə gedib. Müğənni, avtomobilini qəbiristanlığın yanında saxlayaraq ziyarət üçün avtomobilindən enib. Təxminən yarım saat qəbiristanlıqda qalan Dəniz, qayıdan zaman avtomobilin sağ arxa şüşəsinin qırılaraq içində planşet, fotoaparat, günəş gözlüyü və şapkasının olduğu və 1500 türk lirəsi dəyərində çantasının oğurlandığını görərərk polisə zəng vurub. Hadisə yerinə gələn polis qrupları, Özcan Dənizin təxminən 6 min lirəlik əşyasını oğurlayanların tutulması üçün cinayət işi açıblar. Hadisə ilə əlaqədar istintaq davam edir.