Əlaqə Arxiv
news Image
2013.05.10
15:57
| A A A
Məryəm Uzerli "kasıbam" dedi

Məryəm Uzerli "Instagram"dakı fotoşəkillərinin altına yazılan "Çox pul qazanırsan" şərhlərinə əsəbləşib. Movqe.Az türk mediasına istinadən bildirir ki,  Uzerli səlis danışa bilməyən türkçəsi ilə pərəstişkarlarına belə gileylənib: "Burada bəzi insanlar yazırlar ki, "Çox pul qazanırsan, təbii ki, o qədər çox işləyəcəksən. Biz sadəcə aktrisayıq. Biz zəngin deyilik! Ola bilər ki, bu serial bütün dünyada göstərilir, amma heç bir ölkə üçün pul almırıq. HEç kim bizə pul vermir... Və və və, yalanlara inanmayın!" Gözəl aktrisa daha sonra "Kasıb ola bilərəm, amma qəlbim zəngindir" yazılan aşağıdakı fotoşəkili paylaşıb. Xatırladaq ki, "Muhteşem Yüzyıl"ın ilk mövsümündə bölüm başına 4 min türk lirəsi qazanan Məryəm Uzerli, yaxınlarda qazancını 5 qat artrıb. Uzerli, bu mövsüm serialdan bölüm başı 20 min türk lirə qazanır.



Sizin Reklam Yeriniz