"Ərimin yanında bunu heç vaxt etməmişəm"
Movqe.az xəbər verir ki, Kristina Hendriks, üç illik evliliyinə baxmayaraq ərinin qarşısında əsla etməyəcəyi şeyi açıqlayıb. "Lucky" adlı jurnala müsahibə verən Hendriks, əri Ceofrey Arendin yanında əsla idman şalvarı geyinib dolaşa bilməyəcəyini söyləyib. Evində oturanda rahat olmaq üçün idman şalvarı geyinmədiyini söyləyən 38 yaşındakı Hendriks "Bunu ərimə əsla edə bilmərəm. Üç illik evlilikdən sonra belə" deyib.
Hendricks və aktyor Arend, üç il əvvəl ailə qurub.
Cütlük "Hollywood"un xoşbəxt ailələrindən biri olaraq tanınır. "Hollywood" ölçülərinə görə kök sayıla biləcək Hendricks, "Mad Men" adlı serialla məşhurlaşmışdı.