Əlaqə Arxiv
news Image
2013.05.16
16:40
| A A A
Azərbaycan bu gün “Eurovision 2013” mahnı müsabiqəsinin yarımfinalında çıxış edəcək

Bu gün İsveçin Malmö şəhərində "Malmö Arena"da "Eurovision 2013" mahnı müsabiqəsinin II yarımfinal mərhələsi keçiriləcək.


APA-nın İsveçə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycan təmsilçisi Fərid Məmmədovun da iştirak edəcəyi ikinci yarımfinalda 17 ölkə arasından münsiflərin və tamaşaçıların səsverməsi əsasında 10 ölkə təmsilçisi mayın 18-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

 

Azərbaycan təmsilçisi Fərid Məmmədov "Hold me" mahnısı ilə mübarizəyə qoşulacaq.

 

Ötən gün "Malmö Arena"da II yarımfinal iştirakçılarının ikinci əsas məşqi baş tutub. Azərbaycan təmsilçisi Fərid Məmmədovun çıxışı qüsursuz olub və həm zaldakı məşqi izləyən tamaşaçılar, həm də Avropa media nümayəndələri tərəfindən alqışlarla qarşılanıb.

 

Əsas məşqlərdən sonra Fərid Məmmədov APA-ya açıqlamasında  deyib ki, hər iki məşqinin uğurlu keçməsinə görə özünü xoşbəxt sayır: "Valideynlərim məni dəstəkləmək üçün bura gəlib. Onların burda olması məni daha çox həyəcanlandırır. İnanıram və ümid edirəm ki, Azərbaycan finala vəsiqə qazanacaq . Bunun üçün mən əlimdən gələni edirəm və 1 saniyəmi belə itirmirəm. Ailə üzvlərimi iki aya yaxındır ki, görmürəm. Onları belə bir məqamda görmək mənə ikiqat dəstəkdir. Bu gün bütün azərbaycanlılarından dəstək gözləyirəm".

 

Qeyd edək ki, müsabiqənin II yarımfinal mərhələsi bu gün Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.

 

Sizin Reklam Yeriniz