Səidə Sultan eşqə düşüb
Müğənni Səidə Sultan eşqə düşüb. Axşam.az saytının müxbirilə söhbətində sənətçi "Eurovision-2013" təmsilçimiz Fərid Məmmədova aşiq olduğunu deyib.
Müğənni onu şou-biznesin ən seksual kişisi adlandırıb: "Azərbaycan şou-biznesində Fərid kimi yaraşıqlı, cazibədar, seksual oğlan olmayıb. Onun səsi, görünüşü, bədən quruluşu möhtəşəmdir. Bir sözlə, Fəridə aşiq olmuşam. İstəyirəm ki, o, mənim ərim olsun. Bir vaxtlar kinolarda baxıb vurulduğumuz kişi tipi Fəriddə də var. Çox sevindiricidir ki, bizim şou-biznesdə belə kişi oldu".