"Twilight" filminin ulduzları Robert Pattinson və Kristen Steuart yenə ayrılıblar. Yenidən aldadılma ehtimalıyla zərbə alan Pattinson, əşyalarını yığaraq Steuart ilə birlikdə yaşadıqları evi tərk edib. Movqe.Az-ın məlumatına görə,, məşhur cütlüyün əlaqəsini bitirən son nöqtə isə filmlərə mövzu olacaq bir hadisədir. Robert Pattinson sevgilisi Kristen Steuart vanna otağında olan zaman onun telefonuna baxıb. Steuartın telefonunda evli rejissor Rupert Sandersdan mesaj olub. Mesajı görən Pattinson təkrar aldadıldığını düşünərək dərhal əşyalarını yığıb və evi tərk edib. Onlara yaxın qaynaqlar, Kristenin Pattinsona çox yalvardığı və günahsız olduğunu söyləsə də Pattinsonun çox əsəbi olduğunu və bir daha Steuarta güvənməyəcəyini söyləyiblər. Pattinson bütün əşyalarını yığıb, hətta birlikdə baxdıqları iti də özü ilə götürüb.