Əlaqə Arxiv
news Image
2013.05.29
15:08
| A A A
"Adını Feriha koydum" serialının baş qəhramanı ABŞ-a gedə bilmir
Türkiyənin məşhur aktrisası Hazal Kaya ABŞ-a viza ala bilməməsindən şikayətlənib. Mövqe.az xəbər verir ki, Türkiyədə özəl bir məktəbin məzun günündə iştirak edən Kaya jurnalistlərə olduqca maraqlı açıqlamalar verib. O, dəcəl bir şagird olduğunu və yenidən təhsli almaq istədiyini deyib.

Dörd aydır Amerikaya getmək üçün viza gözlədiyini vurğulayan Kaya xoşagəlməz təsadüflər üzündən gözləməli olduğunu açıqlayıb: "Layihələrlə bağlı heç nə söyləyə bilmərəm. Çünki proses hələ davam edir. Nəhayət ki, Amerikaya oxumağa gedirəm. Dörd ay viza işini gözlədim. Ad oxşarlığı olduğundan gözləmək məcburiyyətində qaldım. Adım deyəsən, bir cinayətkar adı ilə oxşardır. Buna görə də viza ala bilmədin. Amerikada aktyorluq kursuna gedəcəm".

Hazal Kaya son vaxtlar sürətlə artan çəkisindən də danışıb: "Xəstə olduğuma görə kökəlirəm. Mənimlə ölən adam kimi davranmaqları qəribə gəlir. Ölmürəm, yaxşıyam, kökəlməyim sadəcə xəstəliyimin əks təsirlərindəndir. İndi pəhriz saxlayıram, yavaş-yavaş arıqlayıram. Bədənim əvvəlki vəziyyətinə qayıdacaq".
Sizin Reklam Yeriniz