Beyonsdan fotoşop etirazı - FOTOLAR
Movqe.az xəbər verir ki, məşhur İngilis firması H & M-in 2013-cü il yaz kolleksiyasının üzü olan Beyonsun bikinili fotoşəkillərində fotoşop istifadə edilərək ombalarının kiçildildiyi, buna görə müğənnin kompaniyadan geri çəkilə biləcəyi deyilib. Beyons, fotoşoplu şəkillərinin yayılmasına etiraz etdikdən sonra çarəsiz qalan şirkət səlahiyyətlilərinin reklamlarda orijinal fotoşəkilləri istifadə etdiyi bildirilib. Mövzuyla əlaqədar şərh edən H & M spikeri, "Fotoşəkillərlə əlaqədar bəzi müzakirələr olduğu doğrudur, lakin hər çəkilişdən sonra fotoşəkillərlə əlaqədar fikirlər bildirilir. Nəticədə kampaniyada orijinal kadrları istifadə etdik. Nəticədən həm Beyons, həm də H & M səlahiyyətliləri olduqca məmnun qaldı" deyib.