Məşhur cütlükdən səhnədə romantik anlar
Beyons və özü kimi müğənni olan əri Cey-Zi, şənbə günü İngiltərənin
paytaxtı Londonda təşkil edilən "Sound of Change" konsertində
birlikdə səhnəyə çıxıblar. Movqe.Az-ın
məlumatına görə, ingilis pərəstişkarlarına sürpriz edən Beyons,
"Twickenham" stadionunda təşkil edilən konsertdə Cey-Zi ilə
romantik bir düet oxuyub. Cey-Zi səhnədə Beyonsu qucaqlayaraq
yanağından öpüb.