“Böyük sənətkarların qalmaqalı ayıbdı” – Cavanşir
Şou-biznesdə qalmaqalların günü-gündən artmasına bəzi
müğənnilər etiraz edib.
Movqe.az-ın məlumatına görə, ATV telekanalında
yayımlanan "Gün keçir" verilişinə qonaq olan müğənni Cavanşir
Məmmədov sənətçilər arasındakı qalmaqaldan danışıb.
O, bu cür halların heç də xoş olmadığını deyib:
"Son vaxtlar şou-biznesdə bir çaxnaşma yaranıb. Müğənnilər
arasındakı qalmaqal xoşəgələn hal deyil, ayıbdır. Guya nəyə, kimə
lazımdır bu dava? Onları çox qınayıram bu hərəkətlərinə görə. Biz
sənət adamları mehriban olmalıyıq. Mən hər zaman qalmaqaldan uzaq
olmuşam.
Sadəcə bu yaxınlarda Firuzə İbadova ilə aramızda söz-söhbət
olduğunu göstərdik. Bu isə dost-düşmənimizi tanımaq üçün özümüzün
qurduğumuz bir oyun idi".