Movqe.Az xəbər verir ki, ABŞ-lı aktyor Coni Dip tezliklə aktyorluğu buraxacağını açıqlayıb. Təxminən 1 milyard pərəstişkarıyla dünyanın ən çox izlənilən məşhuru olan ABŞ-lı aktyor ötən ay tamaşaçıya təqdim edilən "Maskalı Süvari"nin, karieraının son filmlərindən biri ola biləcəyini deyib. BBC-də yayımlanan "Breakfast" proqramında danışan Dip, yaxın bir tarixdə aktyorluğu buraxa biləcəyini söyləyib. 1984-ci il tarixli "Elm Küçəsində Kabus" filmiylə kinoya addım atan və 29 ildir oynadığı bir çoxobrazla yaddaşlarda qalan məşhur aktyor "Artıq yeni bir macəraya atılmağın zamanı gəlib" deyə bildirib. Coni Dip, "Bunu uzun müddətdir planlaşdırıram. Tezliklə aktyoluğu buraxıb daha sakit işlər edəcəyəm "şərhini edib. Aktyorun növbəti layihələri arasında; "Transcendence", "Mortdecai", "Into the Woods" və "Karib piratları 5" filmləri var.