Movqe.Az xəbər verir ki, Azərbaycanlı iş adamı Rza Zərrab ilə evliliyindən Alara adında bir qız uşağı olan Ebru Gündəş vaxtının çoxunu qızına həsr edir. 2 yaşlı Alaranı hədsiz sevən Ebru Gündəş Kanlıcadakı evini qızı üçün yenidən dekorasiyaya etdirmişdi. Yay aylarının gəlməsiylə birlikdə Bodrumda dincələn Gündəş, qızından ayrı qalmağa dözə bilmədiyi üçün bütün evlərinin təhlükəsizlik sistemini də yenilədib. İş sıxlığından ötəri evdə olmadığı zamanlarda Bodrumda baxıcısıyla qalan Alaranı cib telefonundan izləyən müğənni, qızının gələcəyini də indidən düşünməyə başlayıb. Özü ibtidai məktəb məzunu olan Ebru Gündəşin ən böyük xəyalı isə qızının yaxşı bir təhsil almasıdır. Müğənni, artıq danışmağa başlayan Alaraya vaxt itirmədən bir ingilis dili müəllimi tutub. Gündəş, qızının məktəb çağına gələnə qədər İngiliscə tamamilə öyrənib, daha sonra da Fransız və İtalyan dilini öyrənməsini istəyir.
Gündəşin bu davranışını doğru tapmayan mütəxəssislər isə uşaqların 3 yaşından sonra Ana dilindən başqa bir dil öyrənməsinin daha uyğun olduğunu söyləyib.