Əlaqə Arxiv
news Image
2021.02.01
15:10
| A A A
Nura Suri: "Özünüzə hörmət edin, ağzı boş olmayın!"

"Arxamda o qədər uydurmalar danışıblar ki, dastan yazmaq olar. Dərdiniz nədir axı mənimlə? Anlaya bilmirəm. Tanımadıqlarımın fikri önəmli deyil o qədər də.Tanıdıqlarım, yaxşılıq etdiklərim edir bəzən. Niyə yaxşılıq etdiyim insanlar sonradan mənə qarşı aqressivləşirlər?”. 

Mövqe.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri özünün sosial media hesabında yazıb.

İfaçı yaxın bildiyi insanların onun arxasınca danışmasından gileylənib:

"Arxada kiminsə sözün danışmaq (yerli-yersiz), kiminsə yanında başqasının gizli işini açmaq, şəxsi həyatını müzakirə etmək çox böyük səhvdir. Şəxsən mən başqasının yanında ancaq özümə qarşı kiminsə haqsızlığını danışa bilərəm. Onun sirrini və ya şəxsi həyatını yox. Ya da yaradıcılıq fəaliyyətini tənqid edə bilərəm, ya da tərif. 

Elə məsələlər var ki, hətta dünənki dostum qatı düşmənimə çevrilsə, onun sirrini açmaram. Dünənimiz yaxşı olub axı. Etibarımız olub bir-birimizə. Bu gün olmasa da o etibar, dünənimizdə var idi axı. 

İnsanlar əşya deyil. İnsanları qiymətləndirməkdən vaz keçin. Filankəs yaxşıdır, amma ki, filan məsələdə pisdir və s. kimi cümlələrdən uzaq gəzin. Bir insan hamıya yaxşı və ya pis ola bilməz. Yaxşı ya pis insan yoxdur. Hər insan kiməsə görə yaxşı, kiməsə görə pis ola bilər”.

O, dəfələrlə yaxşılıq etsə də, sonda haqsızlıqlarla üzləşdiyini bildirib.

"Mən həyatın güzgü, bumeranq olduğuna inanıram. "Niyyətin hara, mənzilin ora" - ən sevdiyim atalar sözüdür. Niyyətimə və əməlimə diqqət edirəm. Çalışıram insanlara, canlılara bir faydam olsun, xeyrim dəysin. Ətrafımda çox yaxşı insanlar var, dostlarım var. 25 il dostluq etdiyim insanlar var. Etibar edirik bir-birimizə. Çünki yaxşı insanlarıq biz. Siz isə (intriqa yaradan bədbin insanlar) etdiyinizin və danışdıqlarınızın bədəlini mütləq ödəyəcəksiniz. 
Həyatınızda bədbəxt hadisələr baş verəndə bir düşünün kimə və niyə haqsızlıq etmisiniz, bu gün nəyin bədəlini ödəyirsiniz. Düşünün, ağzı boş olmayın. 
Özünüzə hörmət edin. Özünə hörmət kiminsə yanında yekəxanalıq etmək deyil. Özünə hörmət edən insan başqalarına da hörmət etməyi rahatlıqla bacarar. 
Həyata necə baxırsınızsa, nə enerji ötürürsünüzsə, onu da alırsız. Bu gün haqsılıq edərsiniz, ara vurarsınız, ürək bulandırarsınız, fikir formalaşdırarsınız, amma sabah hər kəsin üzü açılanda ən çox itirən siz olarsınız ”, - deyə N.Suri qeyd edib.

Sizin Reklam Yeriniz