Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın məhkəmə çəkişməsinin növbəti "raundunun" vaxtı bəlli olub. Birincinin şikayəti əsasında keçiriləcək məhkəmə prosesi oktyabrın 4-ə təyin edilib.Bu barədə "aznews"a İ.Quliyevanın vəkili Şəfiqə Nağıyeva məlumat verib.
Xatırladaq ki, İ.Quliyeva N.Dostəliyevaya qarşı açdığı dava ilə
bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalıb.
Məhz bu səbəbdən də xalq artisti Bakı Apelyasiya Məhkəməsinə
şikayət edib. Sənətkar N.Dostəliyevaya qarşı açdığı davada 50 min
manat cərimə ilə razılaşmır. Bundan əlavə İ.Quliyeva
N.Dostəliyevanın onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər
vurduğu iddiası ilə məhkəməyə müraciət etmiş, ikincidən maddi
zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat ödəməsi
tələb qoyub.
Bu məsələ ilə bağlı Lent.az-ın əməkdaşı xalq artisti Nazpəri
Dostəliyeva ilə əlaqə saxlayıb. İfaçı da yazılanlardan xəbərsiz
olduğunu söylədi: "Hazırda Qəbələdə istirahətdəyəm. Heç nədən
xəbərim yoxdur. Bir gün sonra, Bakıya dönəcəm".