Rejissordan Hüseynə cavab: " Hüseyn kartof deyəndə özünü nəzərdə tutur"
Mövqe.az-ın məlumatına görə, reper Hüseyn Dəryanın keçən "Pərdə" də
rejissorlar haqqında dediyi fikirlər birmənalı qarşılanmayıb. Belə
ki, "Pərdə"nin bu dəfəki yayımında rejissor Naib Naiboğlu reperin
cavabını necə lazımdır elə də verib. Rejissor Hüseyn Dəryanın öz
sözlərini ona qarşı yönəldib:
"Hüseyn özü bir neçə gün əvvəl zəng vurdu ki, mənə klip çək. Bakıda olmadığım üçün razılaşmadıq. Həm də o, işləri tələsik təhvil almaq istəyirdi. Əgər kartof satan olmuşamsa, niyə mənə müraciət edirdi? Görünür, Hüseyn kartof deyəndə özünü nəzərdə tutur. Biz müğənnilərlə işləyirik. Belə çıxır ki, onlar kartofdu, biz isə alıb-satırıq. Əlbəttə bu söz sənətkarlara yox, Hüseynkimilərə aiddir. Təəssüf ki, şou-biznesdə bu tip müğənnilər lap çoxdur. Kartof satmaq ayıb deyil. Telefonlarda videosu yayılmaq, şəxsiyyətini itirmək ayıbdı" – deyə o bildirib.
Xatırladaq ki, reper Hüseyn Dərya "Pərdə" verlişində açıqlamasında bəzi rejissorları kartof satan adlandırmışdı: "Şou-biznes aləmində klipmeyker yoxdur. Eləsi var ki, rayonda kartof satan olub, gəlib burda bir az montojor işləyib, sonra keçib klip çəkməyə. Bir yerdə ki, rejissor heç nə etmir, niyə ona iş verməliyəm? Mən hər şeyi özüm edirəmsə artıq pul niyə xərcləməliyəm? ".