"Budur super star, budur Ajda Pekkan? Bu qadını səhnədən endirin"
Tanınmış azərbaycanlı milyarder Telman İsmayılov növbəti qalmaqalla Türkiyə mətbuatının gündəminə gəlib.
Ailem.az-ın verdiyi məlumata görə, Telman İsmayılov super star Ajda Pekkanı səhnədən enməyə məcbur edib. Hadisə isə biznesmenin həyat yoldaşı Samirənin doğum günü münasibətilə sahib olduğu "Mardan Palace" Oteldə düzənlədiyi 60 nəfərlik özel bir gecədə baş verib.
T.İsmayılov çıxış etməsi üçün Ajda Pekkanı da gecəyə dəvət edib. Gözəl başlayan gecədə dəvətlilər Ajda Pekkanın ifasını səbirsizliklə gözləyirdilər. Səhnəyə çıxan super star canlı oxuduğu sevilən mahnıları ilə qonaqları coşdururkən 10-cu mahnıda bir anda kəsilən səslə şok oldu.
Mərasimdə çıxış etməsi üçün Pekkana 300 min lirə (təxminə 150 min manat) ödədiyi iddia edilən Telman İsmayılov müğənninin performansını bəyənməyib. Bir anda hirslənərək masadan qalxan İsmayılov "Budur super star, budur Ajda Pekkan? Bu qadını səhnədən endirin", - deyrək kobudluq edib.
Bu hörmətsizlik qarşısında nə baş verdiyini anlamağa çalışan müğənnini köməkçisi səhnədən endirib. Tələm-tələsik otağına gedən Pekkan əşyalarını topladıqdan sonra oteldən ayrılıb.