Movqe.Az xəbər verir ki, Amerikalı məşhur müğənni Beyons və həyat yoldaşı musiqiçi- prodüser Jay Z, bir il ərzində ən çox qazanan cütlük olub. Ən çox qazanan məşhur cütlər siyahısını açıqlayan Forbes Jurnalı, Beyons və həyat yoldaşı Jay Z-in illik gəlirinin təxminən 95 milyon dollar olduğunu bildirib. Jay Z, "Watch the Throne" albomu ilə platin val qazanmış və dünya turu çərçivəsində ABŞ-da verdiyi hər bir konsertdən 1,4 milyon dollar qazanmışdı. Beyonce "Mrs Carter" dünya turu isə məşhur cütlüyə gecəlik 2 milyon dollar gəlir gətirmişdi. Jay Z, musiqi karierasına əlavə olaraq prodüser kimi də məşğul olur. Beyonsun isə öz geyim və ətir markaları var. Siyahının ikinci bəndində Amerikalı futbol oyunçusu Tom Brady ilə Braziliyalı model yoldaşı Gisele Bundchen gəlir. Cütlüyün illik gəlirinin 80 milyon dollar olduğu təxmin edilir. Dünyanın ən çox qazanan modeli qəbul edilən Giselein yoldaşı Brady, keçən il New England Patriots ilə 30 milyon dollarlıq bir müqavilə imzalamışdı. Gisele və Tom cütlüyünü 50 milyon dollar gəlirlə Holivudun məşhur cütlüyü Ancelina Coli və Brad Pit izləyir.