Əlaqə Arxiv
news Image
2013.09.23
18:22
| A A A
Bəzi müğənnilərin səhnə mədəniyyəti «topa tutuldu»
Oqtay Əliyev: «Tamaşaçılar bu gün bəyənmədikləri müğənnilər efirə çıxanda onlara elə baxırlar ki…» Abbas Bağırov: «Kimin görünüşü qəşəngdir, model olmaq əvəzinə gəlib ifaçı olur»

Könül Kərimova: "Sənəti cılız olanlara, geyimi açıq olanlara, tərbiyəsi olmayanlara bu gün rəğbət var"


Rüfət Axundov: "Hər müğənninin özünəməxsus səhnə mədəniyyəti var"


Azərbaycanda şou-biznes təmsilçiləri olan bir sıra müğənnilərin səhnə davranış və mədəniyyətindən tamaşaçıların narazılıq etməsi heç kimə sirr deyil. Bunu paytaxtda apardığımız mini sorğuların nəticələri də təsdiq edir. Respondentlərin əksəriyyəti bu sahədə bəzi müğənnilərin efir və səhnədə daha çox danışıqlarına, hərəkətlərinə, hətta geyimləriən belə diqqət yteirməsinin vacibliyini önə çəkirlər. Sənət adamlarının da məsələyə münasibəti olduqca maraqlıdır. 

Məsələn, Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən ATV telekanalında bir sıra reytinqli verilişlər hazırlayan "SOY production"ın baş direktoru  Oqtay Əliyev qeyd edir: "Tamaşaçılar bu gün bəyənmədikləri müğənnilər efirə çıxanda onlara elə baxırlar ki, reytinq yüksək olur və bu da insanı şoka salır. Biz efirə seçmə insanları dəvət edən zaman reytinq heç, çox aşağı olur. Amma palatkadan, toydan, kənardan adam dəvət edəndə reytinq çox yüksək olur. Televiziya kanallarıda məcbur qalıb kimə tələbat çoxsa, hansı müğənninin iştirak etdiyi proqram reytinqlidirsə, məcbur olub onu dəvət edirlər. Tamaşaçılar da çox gözəl, maraqla həmin qonağı izləyirlər. Xarici və ya bizim müğənnilər səhnədə rəqs edəndə və akrobatik hərəkətlər göstərəndə bizimkilər düşünür ki, bunun səhnə mədəniyyəti yoxdur. Bizim tamaşaçı danışığını bilməyən üçün söyləyir ki, bunun səhnə mədəniyyəti yoxdur. Bu fikir onlarda belə formalaşıb. Ancaq səhnə mədəniyyətinə malik olmaq tamam başqa anlamlar kəsb edir".

Müğənni Abbas Bağırov isə qeyd edir: "Hər kəs özünə cavabdehdir. Xarici müğənnilər ilə bizimkilərin səhnə mədəniyyətni müqayisə etmək olmaz. Xarici müğənnilər səhnəyə çıxmazdan əvvəl onların səhnədə dayanmaq üçün xüsusi müəllimi olur. Onlara xüsusi ifa dərsi verən müəllimi olur. Əlavə olaraq danışıq, geyim (stilisti) müəllimləri olur. Onlar məktəb görürlər. Bizdə kim bekar oldu, müğənnilik edir. Kimin sponsoru varsa, pulu varsa, gəlib müğənni olur. Bu, düzgün deyil. Kimin görünüşü qəşəngdir, model olmaq əvəzinə gəlib ifaçı olur. Amma halbuki, bizim müğənnilərdən də qat-qat artıq qazanan modellərimiz var. Sadəcə, hər kəs bacardığı sahədə mütəxəssis olmalıdır". 

Müğənni Könül Kərimovanın isə məsələyə münasibəti belə oldu: "Tamaşaçılar yalan danışır. Bu gün onlar bəyənmədikləri, səhnə mədəniyyəti yoxdur deyən müğənnilərə baxırlar da, sevirlər də... Səhnə mədəniyyəti, ifası gözəl olanları heç o cür yüksək qarşılamırlar. Sənəti cılız olanlara, geyimi açıq olanlara, tərbiyəsi olmayanlara bu gün rəğbət var. Elə bu gün ən "bərkgedənlər" onlardır. Onlara elə sürətlə gedir ki, heç onları saxlamaq belə mümkün deyil.  Yalan-yalan söhbətlərdir. "Səhnə mədəniyyətni" bəyənmirəm deyən tamaşaçıdır elə o tip müğənnilərə dəstək verir. Lakin belə müğənnilərə nümunə kimi ad çəkə  bilmərəm. Hər kəsin öz işidir. Mən hamı ilə çox mehribanam. İndi kim necə istəyir, ona necə rahatdısa, elə də səhnədə qalır. Biri çarşablanır, digəri soyunur - özləri bilərlər. Mən heç nəyə pis baxmıram. Yəqin, müğənnilərmiz Avropa ilə ayaqlaşmağa çalışırlar ". 

Müğənni Rüfət Axundov isə qeyd edir: "Hər müğənninin özünəməxsus səhnə mədəniyyəti var. Məndən olsa, səhnə yoldaşlarımın tərəfini saxlayaram. Amma beş barmağın beşi də bir deyil. Olur da... "Səhnə mədəniyyəti yoxdur" fikrini bütün müğənnilərimizə şamil etmək olmaz. Tamaşaçıların fikrinə hörmətlə yanaşıram". 




Sizin Reklam Yeriniz