Əlaqə Arxiv
news Image
2013.09.23
19:51
| A A A
Əvvəl döydülər, sonra şəkillərini facebookda paylaşdılar

Movqe.Az xəbər verir ki, İngiltərədə 20 yaşındakı Phoebe Tilt yeddi aylıq hamiləykən evinə girən iki nəfərin hücumuna məruz qalıb. Qadını ağır bir şəkildə döydükdən sonra qaçan iki təcavüzkar, hadisədən günlər sonra ona Facebook vasitəsilə hücum əsnasında çəkdikləri fotoşəkilləri göndərib. Hampshire bölgəsindəki Portsmouth şəhərində yaşanan hadisə zamanı qarınına aldığı bir çox zərbəyə baxmayaraq sağlam bir oğlan uşağı dünyaya gətirən Tilt, "Səhər səkkizin yarısında ərim Scott işə getdikdən sonra qapı döyüldü. Çöldə bələdiyyə işçisi formasına bənzər pencəklər geymiş iki nəfər vardı. Nə olduğunu anlaya bilmədən məni içəri itələyib ağzımı bağladılar "deyib. Gənc qadın, "Bir müddət məni yumruqladıqdan sonra qəhqəhələr ataraq evi tərk etdilər. Dərhal atama zən etdim və polis çağırdıq. Bu kabusun sona çatdığını zənn etmişdim, lakin bir neçə gün sonra tanımadığım bir Facebook hesabından döyüldüyüm anları göstərən fotoşəkillər göndərdilər "deyib. Tilt, fotoşəkillərin gəlməsindən təxminən bir ay sonra da eyni Facebook hesabından "Səni və ailəni izləməyə davam edirəm" deyən bir hədə-qorxu mesajı aldığını söyləyib. Portsmouth polisi, "Bu dəhşətli bir hücum idi. Bir çox ipucu vasitəsilə axtarışlarımızı davam etdiririk. Təcavüzkarları tutacağımıza inanırıq "şərhini edib.



Sizin Reklam Yeriniz