F.A : "Yeni fotosesiyamda bədənimin bəzi yerləri..."
Xalq artisti Faiq Ağayev meyxanaçı Namiq Qaraçuxurlu haqqında danışıb
Mövqe.az-ın məlumatına görə, Faiq Ağayev meyxanaçı Namiq Qaraçuxurlunun hovuzda çəkdirdiyi yarıçılpaq fotoya rəy bildirib. Belə ki, ifaçı "Lider" telekanalında yayımlanan "Pərdə" verilişində özünün də yaxın günlərdə bu cür açıq fotolarının nümayiş olunacağı barədə məlumat verib:
"Fotoda Namiq tam çılpaq deyil. Bu cür şəkil
çəkdirməyinə isə pis baxmıram, əcəb edib. Tamaşaçı məşhur insanın
adi həyatını da görmək istəyir.
İnsan dənizə də gedir, hovuzda da çimir. Namiq də hovuza
şalvar-pencəklə girməyəcək ki...
Mənim də bu yaxınlarda yeni fotosessiyam çıxacaq. Burada bədənimin
bəzi hissələri görünəcək. Burda bədən reklam etmirəm ki, sadəcə
şəkildir".