Əlaqə Arxiv
news Image
2013.09.30
13:42
| A A A
Aşıq "Sehirli barmaqlar"nı nümayiş etdirəcək-FOTO

Aşıq Namiq Fərhadoğlu 30 illik yubileyi şərəfinə böyük bir məclis düzənləyəcək. Movqe.az-ın məlumatına görə, 29 sentyabrda doğulan el aşığı, doğum gününü 2 gün sonra sənətçi dostları ilə birlikdə təntənəli şəkildə qeyd edəcək.


17 illik yaradıcılığı, gözəl ifaları, "Adgünü saz günü", "Dərdimə dərman sazım" kimi möhtəşəm solo konsertləri və ən nəhayət Aşıq Telli ilə olan qalmaqalı sayəsində tamaşaçıların yaddaşında qalan Aşıq Namiq oktyabrın 1-i saat 19:00-da  "Sehirli barmaqlar" konserti ilə çıxış edəcək. Muğam ocağında 3-cü solo konsertini düzənləyən Aşıq Namiq bir çox sürprizlərlə tamaşaçıların qarşısına çıxacaq. Aşıq adgünündə həm yeni albomunu təqdim edəcək, həm də ki, müğənnilər Şəbnəm Tovuzlu, Dəniz, Arzu Mələklə ifa etdiyi duetlərlə fərqlilik nümayiş etdirəcək. Gecənin özəl qonaqları isə Gülüstan Əliyeva, Yusif Mustafayev, Sevda Əliqızı, İlahə İbadova, Roza Zərgərli, Aşıq Ulduz, meyxanaçılar Ehtiram və İntiqam, Namiq Məna, aktrisa Naibə Allahverdiyeva, skripka ifaçısı Səlim və b. olacaq.

 

Sizin Reklam Yeriniz