Əlaqə Arxiv
news Image
2013.09.30
16:21
| A A A
"Karolina Valiant" ın xəz şousu məşhurlarla birlikdə-FOTOLAR
Mövsüm açılışı ilə əlaqədar Qafqazın ən böyük xəz dəri qaleriyası Karolina Valiant yeni koleksiya nümayiş etdirib.

Payız-qış 2013-2014 mövsümünü açıq elan edən Karolina Valiant tərəfindən təşkil olunan ilk Xəz Show keçirilib.


Mövqe.az-ın məlumatına görə, Bəyaz, Sobol, Fərqli qış, Klassik xəz və Jan atelierin eksizləri əsasında hazırlanan Milli geyimdə xəz elementləri kolleksiyaları təqdim olunub. Payız-qış 2013-2014 mövsümünü Karolina Valiant yep-yeni xəz kolleksiyası ilə açıq elan edib. Gecədə tamaşıçılara Milanda, Afinada və Kastoriyada beynəlxalq xəz sərgilərindən seçilən və yüksək modanın sonuncu tendensiyalarına cavab verən ekslüziv xəz modelləri təqdim olunub.


Nümayiş üçün Moskvadan aparıcı model agentliklərindən xüsusi modellər dəvət olunub. Milli geyim kolleksiyası isə "Venera" model agentliyinin modelləri tərəfindən nümayiş etdirilib. Şounun xareoqrafiyası və təşkili "Venera" agentliyinin direktoru Syama Rəsulovaya məxsus olub. Modellərin obrazları üzərində paytaxtın ən aparıcı stilisti və vizajistləri işləyib.


Şounun aparıcıları Murad Dadaşov və Elvira İsmayılova idi. Aparıcının geyimi və aksesuarları Günel Behbudovanın moda evinə məxsus idi. Bu geyim və aksesuarlar dizayner dəsti xətti və zərifliyi ilə fərqlənir.


Gecənin musiqili qonaqları isə Rusiyanın məşhur pop qrupu Blestyaşiy və Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə olub.


Tədbirdə iştirak edən xalq artisti Brilliant Dadaşova Karolina Valiantı sevdiyini bildirib: "Mən Karolina Valiantın siması olmuşam. Bir neçə il reklama çəkilməkdən imtina etmişəm. Çünki kürklər xanımları kilolu göstərir. Daha sonra evimizə Karolinanın kürklərini göndərdilər, gördüm ki, kilolu göstərmir. Reklama baxsanız görərsiniz ki, kəmərlərindən də istifadə etmişəm. Çox rahat, keyfiyyətli kürklərdir. Bu gün də sevdiyim brendin nümayişini izləməyə gəlmişəm".


Gənc müğənni Sevda Yahyayeva da sevdiyi xəz brendindən danışıb: "Karolina Valiantın kürklərini sevə-sevə geyinirəm. Çox sağ olsunlar ki, məni də dəvət ediblər. Bu gün nümayiş ediləcək kürkləri maraqla gözləyirəm. Bəyənib seçdiklərimi gedib məmnuniyyətlə alacağam".


Gecə boyu Karolina Valiant-ın xəz dərilərinin cazibədarlığı, keyfiyyəti və gözəlliyindən dəfələrlə bəhs edən aparıcı Murad Dadaşov xanımlara Karolina Valiant kürklərini geyinmələrini məsləhət görüb.


Şouda qonaq qismində xəz və dəri ilə işləyən dünyanın nəhəng moda evlərinin nümayəndələri Lacompel İtaly şirkətindən Andrea Di Landi, Camertani Rossela, Braschi İtaly şirkətindən Maurizio Braschi, Gianfranko Ferre İtaly şirkətindən Picciocchi Luca Enzo, Tsoukas Bros Greece şirkətindən Tsoukas Apostolos, Alessadro Bosso Greece İtaly şirkətindən Anna Panagiotidou, Langioti Greece şirkətindən Thomas Langiotis, Rusiyanın tanınmış dizayneri İqor Çapurin, Grazia Magazine Rusiya jurnalindan Svetlana Nikulina, ELLE magazine Rusiya jurnalından Yelena Puqaçova və Rusiyanın tanınmış stilist-vizajisti Vlad Lisovets iştirak ediblər.


Şounun televiziya versiyası World Fashion Channel və Fashion TV tərəfindən lentə alınıb. Kanallar Bakıda keçirilən moda nümayişindən müəllif verilişləri hazırlayacaq və dünya tamaşaçılarını Karonina Valiant tərəfindən təqdim olunan məşhur dünya brendlərinə məxsus xəzlərlə tanış edəcəklər. Beləliklə də, Azərbaycan modası ən yüksək səviyyədə təqdim olunacaq.


Qeyd edək ki, World Fashion Channel və Fashion TV moda, həyat tərzi və selebriti haqqında beynəlxalq telekanallardır. Onların millionlarla tamaşaçısı var.


Rusiyanın moda haqqında ən reytinqli verilişi "Ruskiy Kyutur" da şoudan silsilə verilişlər hazırlayacaq.


Şounun informasiya dəstəyi Nargis Magazine məxsusdur.


Bu qış fərqli olacaq!


Karolina Valiantın ünvanı dəyişilməzdir:


Bakı, Binə Ticarət Mərkəzi, Univermaq, I və II mərtəbələr.


Telefon: 050 365 77 77, 012 446 90 90


www.karolinavaliant .com

Mövqe.az-ın məlumatına görə, nümayişdə şou əhli də iştirak edib. Sizə fotoları təqdim edirik: 













Sizin Reklam Yeriniz