Mövqe.az özəl olaraq sizə bəzi şou-biznes nümayədələrinin fobiyasını təqdim edir:
Müğənni Xumar Qədimova: " Qaranlıqdan və yüksəklikdən çox qorxuram. Ən əsas fobiyam isə pis insanlara qarşıdır. O iki fobiyam düzəlsə də, onlara çarə olsa da, pis insanlara carə yoxdur".
Tolik: " O qədər şeydən qorxuram ki... Suya atlanmamışam heç... Baxmayaraq ki, üzə bilirəm. Kimsə maşını idarə edəndə də qorxuram. Elə bilirəm ki, o sürətli sürəcək. Yüksək sürətdən ehtiyat edirəm. Qaranlıqdan da qorxuram".
Müğənni Ədalət Şükürov: " Fobiya məndə yoxdur. Amma insanlardan qorxmaq elə fobiya sayıla bilər. Təkcə qorxum insanlardandır.
Müğənni Günel Ələkbərova: " Qaranlıqdan və tək bloka girməkdən qorxuram. Fobiyam bu iki şeədir".
Müğənni Roza Zərgərli: "Fobiyam qaranlıq, zülmətdə olmaqdır. İşıqlı yerdən qaranlığa keçəndə özümü çox pis hiss edirəm".
Müğənni Vasif Məhərrəmli: "Fobiyam yüksəklikdəndir. 5-ci mərtəbəyə qədər normal yüksəklik sayılır. Ancaq artıq 7-8-ci mərtəbədə olanda elə bilirəm ayağımdan sim keçir. Başım gicəllənir. Ona görə, elə təzə evimi 3-cü mərtəbədə almışam".
Aparıcı Ülvira Qarayeva: "Fobiyam hündürlük və qapalı məkandır".
Aparıcı Murad Arifin isə fobiyaları saymaqla bitmək bilmədi: "Su, od, yüksəklik, zəhərli heyvanlar, sürət....Ümumiyyətlə bu şeylərdə riski xoşlamıram. Sayqılı baş salamat olar
Rəqqasə Aytən: "Mənim fobiyam oxumaqdır. Mahnı ifa etmək mənim üçün maraqlı olsa da, ancaq aşırı dərəcdə həvəsim yoxdu və bundan çəkinirəm".
Müğənni Xuraman Şuşalı: " Yanğından, yanmaqdan çox qorxuram. Ancaq başqa elə bir şeydən qorxum yoxdur, şükür Allaha…"
Heç bir fobiyası olmayan müğənnilərimiz də oldu:
Müğənni Faiq Ağayev: "Fobiyam yoxdur"
Müğənni İlqar Xəyal: " Heç bir fobiyam yoxdur".
Müğənni Afaq Aslan: " Heç bir fobiyam yoxdur".
Məlumat üçün bildirək ki, fobiya beynimizdə olan və bizi anormal vəziyyətə salan təzyiqdir. Fobiyaya misal, keçmişdə olan hadisə ilə bağlı narahatlıq hissi, bir insanın keçirdiyi qorxu və s. kimi hallardır. Fobiya yunan mifologiyasında Dəhşət Allahıdır. Bu səbəbdən də, nədənsə qorxmaq fobiya adlanır. Bəzən fobiya çox təhlükəli olur. Fobiya özünə qapanmağa, divanəliyə, bəzən də müflis olmağa, hətta intihara gətirib çıxarır. Bu səbəbdən də psixoloqa vaxtında müraciət olunmalıdır. Fobiyanın aşağıdakı növləri bunlardır:
Agirofobiya - küçədən qorxmaq
Agorafobiya - açıq yerdən və ya kütlədən qorxmaq
Ailurofobiya - pişikdən qorxmaq
Akluofobiya - qaranlıqdan qorxmaq
Akrofobiya - hündür yerdən qorxmaq
Algofobiya - ağrıdan qorxmaq
Amaksofobiya - maşından (və ya nəqliyyatdan) qorxmaq
Amatofobiya - toz qorxusu
Amnezifobiya - hafizəsini itirməkdən qorxmaq
Amofobiya - iti cisimlərdən qorxmaq
Anemofobiya - fırtına qorxusu
Antlofobiya - sel qorxusu
Antropofobiya - insanlardan qorxmaq
Apifobiya - arılardan qorxmaq
Araxnofobiya - hörümçəkdən qorxmaq
Astenofobiya - gücsüz olmaqdan qorxmaq
Astrofobiya - şimşək qorxusu
Atelofobiya - mükəmməl olmamaq və ya ola bilməmək qorxusu
Aerofobiya - uçuş qorxusu və s."