Əlaqə Arxiv
news Image
2013.11.19
12:52
| A A A
"Ailə quracağım şəxs keçən yaz vəfat etdi"

Türkiyənin tanınmış aparıcısı və müğənnisi Lerzan Mutlu verdiyi açıqlaması ilə tamaşaçıları təəccübləndirib. 

Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ailə quracağı şəxsin keçən yaz vəfat etdiyini izah edən Lerzan Mutlu bunları söyləyib: " Evlilik üçün plan qururduq. 35 yaşı var idi. Özü də çox yaraşıqlı gənc idi. Amma təəssüf ki, vəfat etdi. Özümü çox çətin yığışdırdım. Elə böyük bir zədə yaşadım ki, bunu izah etmək qeyri-mümkündür". 

L. Mutlu sevdiyi şəxsin necə öldüyünü də deyib: " "Ötən  avqust ayında Bodrumda yoldaşlarıyla çölə çıxır, lakin gəmiyə döndükləri zaman özünü pis hiss edir. Xəstəxanada10 gün reanimasiyada qaldı. Sonra təəssüf ki, öldü. Özümü yığışdırmaq asan olmadı. Mənimlə evlənməyi çox istəyirdi. Bir narahatlığı varmış, bunu bilsəydim təklifini dərhal qəbul edərdim"

Sizin Reklam Yeriniz