Əlaqə Arxiv
news Image
2013.11.22
14:54
| A A A
Faiq Ələkbərov yenidən İlhamə Quliyevanın mətbuat katibi oldu

"Bu həyatda hər bir insanın səhvi olur, amma bizim komanda şəklində heç vaxt səhvimiz olmayıb. Sadəcə böyük sənətkar, Şöhrət və Şərəf ordenli İlhamə xanımla bizim aramızı vurmaq üçün bir ssenari yazıldı... Bu ssenarinin müəlliflərini də hər kəs yaxşı tanıyır. Amma ssenari ekranda görünsə də, reytinq vermədi. Hətta uğursuz serialın çəkilişləri yarımçıq qaldı. Serialın davamlı olması üçün gərək tamaşaçı sevgisi olsun. Təəssüf ki, yazılan bu ssenari, müəlliflərinə uğur gətirmədi. Bu sözləri Mövqe.az-a Faiq Ələkbərov bildirib: "Unutmayın ki, mən 10 ildir ki, İlhamə xanımın yanındayam və biz artıq doğmalaşmışıq. Duz-çörək kəsmişik. Lütfən, bizim aramızı vurmağa çalışmayın. Ət dırnaqdan ayrılmaz. Bu sizdə alınmayacaq! Artıq bu həyatda yaxşını pisdən ayrımaq, dostu, düşməni tanımaq olur. Sözlərimin məni müvəqqəti əvəz edən Tahirə xanıma heç bir aidiyyatı yoxdur. Həmişə böyük hörmətim olub və olacaq da... Fikrimcə, o, məni sevən insanlardan biridir. 


Azərbaycanda prodüser kəlməsi işlədiləndə ilk növbədə Tolikin (Tarix Əliyev) adı hallanır. Toliki kimsə əvəz edə bilər? Heç vaxt! İşini bilən və peşəkar komandanın üzvüdür. Onu da deyim ki, İlhamə xanımla bizi – Toliki, Ülvi Qılıncı və məni Respublikanın əməkdar artisti Cavanşir Məmmədov barışdırdı. Arada olan söz- söhbətlər bizim dostluğumuzu daha da möhkəmləndirdi". 


Sonda Faiq Ələkbərov özünü yenidən Azərbaycanın və Dağıstanın Xalq Artisti, Şöhrət və Şərəf ordenli İlhamə Quliyevanın mətbuat katibi kimi təqdim edib. 

Sizin Reklam Yeriniz