Primadonna etiraf elədi
Son zamanlar gündəmi İlhamə Quliyevanın yeni komandası zəbt etmişdi.
Gecce.az xəbər verir ki, bütün medianın əsas mövzusuna çevrilən bu komandanın ömrü cəmi bir neçə gün çəkdi.
Xatırlayırsınızsa, İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli ilə barışıq xəbərlərini vermişdik. Xalq artisti "ATV maqazin" vasitəsilə bu barışığı el-aləmə car çəkib.
Faiqdən ağız dolusu danışan primadonna onu işinin peşəkarı kimi qələmə verib. İlhamə xanım həmçinin instagramda onunla bağlı paylaşılan fotolara etinasız yanaşıb.
Deyilənə görə, bu barışığın səbəkarları isə Tolik və Cavanşir Məmmədovdur.