Tanınmış aparıcımızın evindən cadu çıxdı-FOTO FAKT
Mövqe.az-ın məlumatına görə, azərbaycanlı teleaparıcı Aynur
Talıbovanın evindən cadu çıxıb. Aparıcı bundan təəccüblənərək,
həmin duanın şəklini çəkərək dostları ilə paylaşıb. Həmişə elə
şeylərə inanmayan tanınmış teleaparıcı bundan bir az ehtiyat da,
edib. Fikirlərini bizimlə bölüşən aparıcı bildirib : " Bunu da
gördük. Bütün gün cadu-piltə mövzusunu məsxərəyə qoyub gülərkən
evindən çıxan şeyə baxın. Başı çıxanlar yazsın, lütfən. Nə yazılıb
bu kağızda? Əməl olmasın". Ərəb dilini bilənlərdən kömək istəyən
Aynur Talıbovaya dəqiq informasiya verən olmayıb. Mövqe.az şəkli
sizə təqdim edir:
Məlumat üçün bildirək ki, teleaparıcı məşhur hotellərdən birində
menecer işləyən Simran Baxşıyev ilə vətəndaş nikahında yaşayır. Və
bu nikahdan onların bir oğlu var.