deyilənlərə görə, Azərbaycan səhnəsini tərk edən, erməni şou-biznesinə qatılan əməkdar artist Aygün Bəylər dekabr ayının 17-də Qriqori adlı imkanlı erməninin evində düzənlədiyi məclisdə iştirak edəcək. Aygün dekabrın 18-də isə "Qoluboy ozera" restoranında səhnəyə çıxacaq.
Məsələni dəqiqləşdirmək üçün Aygün Bəylərlə Mövqe.az
əlaqə saxlayıb. Müğənni çox əsəbi halda " Bütün
deyilənlər boş şayə və söhbətlərdir. 20 ildir
ki, yeganə qadınam ki, Vətənimə, sənətimə kişi kimi qulluq etmişəm.
Ayıb deyil ? Mənim damarımdan azərbaycanlı və bakılı qanı axır.
Ömür boyu ayağımı əyri atmamışam. Tərbiyə, mədəniyyətimlə sənətdə
seçilmişəm. 12 yaşımdan əllərimin qabarı ilə çörək pulu qazanmışam.
Bir sözlə halal adamam. Hələm bu günə kimi düşmənlərimizin heç bir
məclisində oxumamışam, oxumaq fikrim də yoxdur. Belə fikir heç
ağlımın ucundan belə keçmir.
" deyərək cavab verib.
Lakin bəzi mənbələrin verdiyi məlumata görə, Aygün Bəylər Qriqori adlı imkanlı erməninin evində düzənlədiyi məclisdə iştirak etməkdən imtina etdiyini söyləsə də, müğənni artıq həmin tədbirin qonorarını çoxdan alıb. Deyilənlərə görə müğənni bunun üçün kifayət qədər böyük qonarar, 100 min manat tələb edib. Ancaq sənətkar özü bütün bu deyilənləri böhtan adlandırıb.