Aşıq Namiq Fərhadoğlu sözünə əməl etdi!
Məşhur Aşıq Namiq Fərhadoğlu növbəti konsertini verəcək. Bu aralar
adı qalmaqallarda səslənən aşıq söz verdiyi kimi yaradıcılıq
işlərini heç də axsıdmır. Mövqe.az-a bu barədə açıqlama verən Aşıq
Namiq bildirib: Dəniz xanımla çox gözəl konsertimiz olacaq.
Hamınızı dəvət edirəm. Mən öz işimdəyəm, yolumdayam. sözümün üstə
durub, növbəti solo konsertimi məni sevənlərə təqdim edəcəyəm.
Gecədə qonaqlarımız da olacaq".
Qeyd edək ki, konsert "Romance Palace " restoranında dekabrın 27-də baş tutacaq. Atrıq satışda olan biletləri 50 AZN dəyərinə restoranın özündən əldə edə bilərsiniz.