Daha bir türk serialı yarımçıq bitdi
Prodüseri Fezai Polat, ssenari
müəllifi Fatih Yıldız, rejissoru
Oğuz Yalçınolan "Rüzgarlı sokak" teleserialı
səssiz-sədasız dayandırılıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, baş
rollarda Sedat Mert, Başak Boran Oksal, İlker Kurt,
Umut Oğuz, Handan Kılıç və Murat
Çidamlının oynadıqları "Rüzgarlı sokak" teleserialı hər
gün Türkiyənin Show TV telekanalında nümayiş olunurdu.
Teleserialın nümayişinin dayandırılması onun çox aşağı reytinqə
malik olmasıdır.