Teleaparıcının açıq-saçıq geyinməsinə ağız büzüb, söz qoşanlara münasibət bildirdi:
"Məni qınayanlar çoxdu. Açıq-saçıq geyimimlə, sərbəst davranışımla məni də qınayırlar. Ona görə heç kəsi qınamaq düzgün deyil. Anam ciddidi. Amma uşaqlıqdan açıq-saçıq geyinmişəm. Bədən ölçülərim buna imkan verir. İfrat dərəcədə geyinməmişəm. Biri var xanım cazibədar görünsün, biri də var ki, iyrənc görünsün. Həyatda heç kəs deyə bilməz ki, niyə belə geyinisən? Cəsarətləri belə çatmaz. Sosial şəbəkə də saxta profillər açılır. Ağızlarına gələni yazırlar. Ay bunun nəyi qəşəngdi, valideynləri hardadı? Ay balam sənin heç ailə üzvlərindən xəbərin var? "
Heç kəsdən qorxmadığını dilə gətirən Günel çəkildiyi serialdan, istedadından ağız dolusu danışdı:
"Xəzər TV-də "Sənə inanıram" serialına çəkilirəm. Baş rol deyil. Teleaparıcı bəzi məqamlarda oyun oynayir, obraza girir. Xarici ulduzlar da həm aktrisa, rəqqas, həm də müğənnidilər. Bu sferada istedadı varsa, bunun nəyi pisdi. Mənim öz peşəm müğənnilikdi, təhsilini alıram. Mənim istedadım varsa niyə oxumayım ki? Elə müğənnilər var ki, oxumasalar yaxşıdı. Heç kəsdən qorxmuram".
Artıq açıq-saçıq səhnələrlə zəngin rol təklifindən danışan cazibədar teleaparıcı qınaq obyektinə çevrilməkdən qorxur:
"Bir həftə bundan əvvəl mənə film üçün roli təklifi gəldi. Baş rollardan biri, amma hədsiz dərəcə açıq-saçıq səhnələr vardı, yataqda və s. Mən qəbul etmədim. Məndən olsa edərəm. Həyatda yüz oyunlardan çıxmaqdansa, rolda fahişə olmaq yaxşıdı. Oğru rolunu ifa edirsənsə o demək deyil ki, sən oğrusan. Psixoloji cəhətdən insanlar ona hazır deyil. Həm də mənə nəzərə alaraq, bu cür rollardan imtina edirəm . Anamı, ailəmi, rəyləri düşünürəm. Beren Saat öpüşür, sevişir heç nə demirik, hələ ikinci dəfə maraqla izləyirik".
Sevgilisinin olmadığını dönə-dönə vurğulayan Günel hələ ailə qurmaq niyyətində deyil:
"Ay Allah... Həyatımda heç kəs yoxdu. Mənim sevgilimin olmadığına heç kəs inanmır. Olub, sevmişəm. Bəzi səbəblərdən ayrılmışam. Münasibətim daim olacaq deyə bir şey yoxdu. Camaat ailə qurur, boşanır. Qısqanclıq, efirə çıxma, belə geyinmə, bir sözlə efir ən böyük düşməni idi. Ailədə qursam belə, efirdən əl çəkəm deyiləm. 5 il ərzində planım yoxdu. Ərə getmək xatirinə getmək istəmirəm".
"Mixmaqazin" verlişinin aparıcısı Ülviyyə Xəlilbəylinin özünə bənzədilməsindən də danışan teleaparıcı, həmkarını tanımazlığa çalışdı:
"Hansı qız? kimlə? Özünü mənə oxşadan? ( gülür) Mən ona qarşı pis bir şey demirəm . Onun xətrinə dəysin istəmirəm. İnanın, mənə 4-5 nəfər verliş efirə gedəndə dayanmadan zəng etdi ki, bax, filan qız özünü necə sənə oxşadır. Baxmadım,vaxtım olmadı. Təsadüfən gördüm kimsə paylaşır facebookda. Baxdım, dedim Ay Allah. Düzü o çox abartılı hərəkətlər edir. Uğurlar arzu edirəm"./publika.az/