Kanal D ekranlarında yayımlanan "A.Ş.K" serialının aşağı reytinq səbəbindən 13-cü bölümdə ekrana vida edəcək olmasına reaksiya göstərən məşhur aktrisa Nebahət Çehrə ssenaristlərə səslənib: "Əllərində mənim kimi layihəni tək başına aparacaq bir aktrisa var idi, onlar isə bundan istifadə edə bilmədilər". Məşhur aktrisa, özünə haqsızlıq edildiyini giley dolu sözlərlə ifadə edib : "AB qrupunda mənim rolum çox böyük idi. Onu yox saydılar . Təqdimatlar da məni sona qoydular. Şəklimi qoymadılar. Yoxam kimi davrandılar. Ziyanını da özləri gördü"
Kanal D-nin bu mövsüm ən iddialı proyektlərindən olan "A.Ş.K." serialıın ekranlara belə tez vida etməsi qərarı Nebahat Çehrəyi hirsləndirib. Serialda həyatını uşaqlarına həsr edən Neslihan xarakterinə həyat verən Çehrə ,"Serial çox tez bitir. Təəssüf ki, təqdimatı yaxşı olmadı. Səbirsiz davrandılar . Qrupun o qədər əməyi var; kamera arxasındakı insanlara daha çox kədərlənirəm" deyə fikrini tamamlayıb.