Çağatay Ulusoy hansı sualı cavabsız qoydu?
Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy, ötən gün İstinye Parkda görüntülənib. Mövqe.az türk mətbuatına itinadən bildirir ki, mağazada alış-veriş edən sevilən aktyor, kameraların onu çəkdiyini gördükdə telefonla danışmağa başlayıb. "Medcezir" serialındakı tərəf-müqabili olan Serenay Sarıkaya ilə birlikdə olduğu deyilən Ulusoy sual vermək istəyən jurnalistlərə telefonunu göstərərək cavab verməyib.