Gizəm Karaca kinoya çəkiləcək
Bu günə qədər bir çox seriallar da rol alan ancaq heç bir kinoya çəkilməyən Türkiyənin məşhur aktrisası Gizəm Karaca çox həyəcanlı olduğunu söyləyib. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, rejissorluğunu Talib Karamahmutoğlunun etdiyi bir festival filmində iştirak edəcəyini açıqlayan Karaca, Karadenizli bir qadını canlandıracaq. Çəkiləcək olan filmdə problemli bir hamiləlik keçirdən gənc bir ananı oynayacaq olan Karaca, ilk kino təcrübəsindən üzü ağ çıxmaq istədiyini bildirib.